Effektiv proqramlar ilə satış və idarəetməni
mükəmməlləşdirin.
Smartbein şirkəti müasir bizneslərin texnoloji ehtiyaclarını qarşılamaq, rəqəmsal transformasyanı sürətləndirmək və innovativ həllər təqdim etmək məqsədi ilə yaradılmışdır.
Bizim missiyamız, təqdim etdiyimiz hər bir məhsulda ən yüksək standartları qorumaq və tərəfdaşlarımıza sadə, təhlükəsiz, səmərəli proqram təminatları vasitəsilə inkişaf imkanı verməkdir. Funksionallıq qədər yüksək estetikliyə xidmət göstərən interfeyslər hazırlayaraq istifadəçi məmnuniyyətini zirvəyə qaldırırıq.
Akul proqramı ilə siz olduğunuz məkan və istifadə etdiyiniz cihazdan asılı olmayaraq (telefon, planşet, noutbuk və s.) onlayn olaraq real vaxtda biznesinizi idarə edə və daim nəzarətdə saxlaya bilərsiniz.
Qarşılıqlı hesabat (alacaq-verəcək borclar), anbar qalığı, kassa balansı, gəlir və zərərlər, satışlar və gəlirlilik faizi və sair.
Əməkdaşların performansını, satış tempini, məhsulların anbarda gözləmə müddətini, müştərilərin potensialını rahatlıqla analiz edə bilərsiniz.
Menecerlərə və satış nöqtələrinə uyğun səlahiyyətlər verə, lazım olan məlumatları açıq, istədiyiniz məlumatları isə gizli saxlaya bilərsiniz.
Bütün satış nöqtələrinin və anbarların bir sistemdən onlayn olaraq idarə olunması, satışların, qalığın və borcların real vaxtda izlənməsi.
Müştərilərinizin sadiqliyini artırmaq üçün təqdim olunan müxtəlif növ bonus və endirim sistemlərindən yararlana bilərsiniz.
Proqramlardan bu vaxta qədər istifadə etməyən və anlayışı olmayan bir şəxs belə, 15 dəqiqə ərzində proqramı tam mənimsəyə bilər.
Yaranan bütün suallarınız telefon, WhatsApp və ya sosial şəbəkələr üzərindən qısa zamanda cavablandırılır.
Xüsusi avadanlıq almaq və ya qurmaq lazım deyil. Proqram büdcəniz üçün sərfəli və qənaətcildir.
Əlavə olaraq rus və ingilis dillərində də istifadə ola bilərsiniz.
Bütün məlumatlar şifrələnir və hər zaman təhlükəsizlikdə saxlanılır.
Biznesiniz üçün mükəmməl həlli təklif edirik
Proqramın yerli istehsal olduğundan istifadəçilərimiz üçün vacib olan hər bir yeniliyi qısa bir vaxt ərzində proqrama əlavə etmək imkanı.
Vergi tərəfindən təyin olunan və istifadəsi vacib olan E-kassa ilə inteqrasiya olunur və abonentlər tərəfindən rahatçılıqla istifadə oluna bilir.
Dövlət qurumları və ya Vergi orqanı tərəfindən tələb olunan yenilikləri qısa bir zamanda proqrama əlavə etmə imkanı.